“Yubiley medalı jurnalistlərin, demək olar, hamısı üçün nəzərdə tutulub” - Hikmət Hacıyev

19:26 22.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Yubiley medalı jurnalistlərin, demək olar, hamısı üçün nəzərdə tutulub”.

Hafta.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi bildirib ki, jurnalistikamızın gənc və eyni zamanda yaşlı nəslin nümayəndələrini nəzərə almışıq:

“Bu gün ağsaqqlarımızı, ağbirçəklərimizi nəzərə almışıq. Bu, hamı üçün nəzərdə tutulub. Yaxın zamanda müvafiq qaydada həmkarlarımızı təltif edəcəyik”.